İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinin “vətənpərvərləri” dost olmayan ölkələrə köçüb

Atletika üzrə ikiqat olimpiya çempionu, Vladimir Putinin etibarlı adamı Yelena İsinbayeva İspaniyaya köçüb.

Musavat.com xəbər verir ki, İsinbayevanın orada 2 villası və 1 penthausu var.

Halbuki Yelena İsinbayeva 3 il əvvəl Rusiya Federasiyası Konstitusiyasının dəyişdirilməsi üzrə işçi qrupunun üzvü idi. Amma bu gün o, qəfildən özünü “dünyanın adamı” kimi dərk edib və Rusiyanı tərk etməkdə biabırçı heç nə görmədiyini söyləyir.

İsinbayeva bu məsələdə tək deyil.

Təbliğatçı Aleksandr Qordon (ukraynalı vətənpərvər jurnalist Dmitri Qordonla qarışdırılmamalı - red.) bir gün əvvəl Monteneqroya uçub. Onun Tivat hava limanından fotosu bu ölkə haqqında rusdilli kanalda dərc olunub. Monteneqro Aİ-yə namizəd ölkə olduğu üçün Rusiyaya qarşı sanksiyaları dəstəkləyir. Lakin Qordon hələ də sanksiyalar altında deyil. O, rus təbliğatının nifrət etdiyi Avropaya sərbəst girə bilər.

Müharibənin fəal tərəfdarları Nikolay Baskov və Stas Mixaylov bu yaxınlarda Monteneqroda keçirilən ziyafətdə iştirak ediblər. Baskovun prodüseri Monteneqro hakimiyyətini suçlayan açıqlama verib.

“Monteneqro rəhbərliyinin Ukraynadakı faşist rejimi dəstəkləməsi onların problemidir”, - deyə prodüser Leonid Dzünik bildirib.

Fevralda Kremlin mətbuat katibinin qızı Liza Peskova Dubayda peyda olub. Hadisə yerindən çəkilmiş kadrlarda Dmitri Peskovun qızının bir kişinin müşayiəti ilə bar piştaxtasının yanında dayandığı görünür.

Filipp Kirkorov müharibə başlayandan sonra dost olmayan ölkələrə əsl tur təşkil edib. Avqust ayında o, Las-Veqasa gedib. Lakin səfər qalmaqala çevrilib - orada onu “Slava Ukraine” qışqıran ukraynalılar qarşılayıblar. Tezliklə Kirkorov Monakoya gedib, lakin orada da xoş qarşılanmayıb. Küçədə yerli sakin Kirkorovun arxasınca düşüb, onu “siçovul” adlandırıb və “öz yuvasına” qayıtmağa çağırıb. Bir ay əvvəl Kirkorov yenidən Monakoya gedib və təhqirlərlə üzləşib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR