İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinin tərəfdarı Netrebkonun çıxışına ETİRAZ

Putin tərəfdarı sayılan məşhur opera müğənnisi Anna Netrebko Berlindəki Dövlət Operasında çıxış edib.

Musavat.com “Qordon media”ya istinadla xəbər verir ki, tamaşa zamanı teatr qarşısında etiraz aksiyası keçirilib.

“Bloomberg” yazır ki, Netrebko Cüzeppe Verdinin “Trubadur” operasında Leonora rolunu ifa edib.

Opera teatrının qarşısındakı bulvarda təxminən 30 nəfər etirazçı toplaşıb, onların bir çoxu Ukrayna bayrağına bürünüb. Etirazçılar Rusiya təbliğatını pisləyən şüarlar səsləndirərək tamaşaya gələnlərlə mübahisə ediblər.

Etirazçılardan biri ingilis dilində “Dünya səviyyəli onlarla opera səsi arasından siz Putini dəstəkləyən bir rus qadınının səsini seçdiniz” sözləri yazılmış plakat tutub.

Ukrayna Xarici İşlər Nazirliyi Anna Netrebkonun uzun müddətdir Putini və Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsini dəstəklədiyini xatırladıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 May 2025

BÜTÜN XƏBƏRLƏR