İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinin medal verdiyi erməni “Vaqner”çi quldur və soyğunçu çıxdı

 

Vaqner ÖHŞ-nin tərkibində Ukraynaya qarşı döyüşməyə gedən və dekabrın 31-də Rusiya prezidentinin əlindən “İgidliyə görə” medalını alan keçmiş məhbus əvvəllər silahlı soyğunçuluğa görə 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilibmiş.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “The İnsider” məlumat yayıb.

Qeyd edək ki, Ayk Arsenoviç Qasparyan adlı şəxs quldurluqda təqsirli bilinib.

O, 2020-ci ilin noyabrında Rusiyada silahlı soyğunçuluğa görə ciddi rejimli cəzaçəkmə müəssisəsində 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilibmiş. Onun günahı İkinci Kassasiya Məhkəməsinin 18 yanvar 2022-ci il qərarı ilə təsdiqlənib.

Məhkəmə materiallarından məlum olub ki, 2019-cu il oktyabrın 12-də Qasparyan şəriki ilə birlikdə Moskvada xaricə pul köçürən şəxsə qarşı quldurluq edib.

Xatırladaq ki, Ukrayna ərazisində müharibədə iştirak etdikdən sonra azadlıq vəd edilən məhbuslardan biri də 2014-cü ildə Böyük Vətən Müharibəsi veteranı olan nənəsini qətlə yetirən Dmitri Karyagin olub. Qətl zamanı qadının 87 yaşı varmış.

Agentliyin istinad etdiyi iş materiallarına görə, Karyagin nənəsini mənzili 820 min rubla satmağa razı salıb, sonra onu qaraja aparıb və orada çəkiclə başına vurub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR