İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinin çıxış edəcəyi Peterburq forumuna “hücum”-Prezidentin çıxışı ertələndi  

 

Rusiya prezidenti Vladimir Putinin Bakı vaxtilə saat 15.00-da olacağı çıxış Peterburq İqtisadi Forumun(SPIEF) sistemlərinə kütləvi haker hücumları səbəbindən təşkilatçılar bir saat təxirə salmağa məcbur olub. Prezidentin Bakı vaxtilə saat  16.00-da olacağı deyilir.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov izah edib ki, forumun akkreditasiya bazasına güclü haker hücumları nəticəsində plenar iclasa keçid sistemi pozulub.

Saat 16:00-a kimi sistemin bərpa olunacağı və iştirak etməli olan hər kəsin öz nişanları ilə qeydiyyatdan keçə biləcəyi gözlənilir.

Rusiya mətbuatı xəbər verir ki, tədbirə dəvət 190-dan çox ölkədən olan iştirakçı qatılıb. Onların arasında ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, Yaponiya, Çin nümayəndələri var. Qonşu ölkələrdən isə tədbirə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Belarus və digər possovet ölkələrindən qatılıblar.  

Dünyanın ən böyük və ən əhəmiyyətli biznes hadisələrindən biri kimi dəyərləndirilən  Forum 25 ildir ki, qlobal iqtisadiyyatın əsas məsələlərinin müzakirəsi və qabaqcıl qlobal təcrübə və səriştələrin mübadiləsi üçün dünyanın aparıcı platforması statusunu qazanıb.

SPIEF 1997-ci ildən hər il keçirilir. 2005-ci ildən Forum Rusiya Federasiyası Prezidentinin himayəsi və iştirakı ilə baş tutur. 2021-ci ildə SPIEF koronavirus pandemiyası ilə əlaqədar məcburi fasilədən sonra dünyanın ilk və ən böyük üzbəüz biznes tədbiri oldu və müasir rəqəmsal texnologiyalardan istifadə etməklə keçirilib. Dörd günü ərzində Forumda 141 ölkədən 13500-dən çox iştirakçı, o cümlədən 46 ölkədən 1000-dən çox media qurumunun nümayəndələri iştirak edib. Onların arasında dövlət və hökumət başçıları, iri şirkətlərin rəhbərləri, eləcə də elm və vətəndaş cəmiyyətinin aparıcı dünya ekspertləri olub.

Bu dəfəki tədbiri iyulun 15-də Sankt-Peterburq qubernatoru Aleksandr Beqlov və qondarma “DXR”-nin rəhbəri Denis Puşilin Pyotr və Pol qalasının topundan atılan atəşlə açıblar.

SPIEF 2022-də 5000-dən çox biznes nümayəndəsini qəbul edir. Əsas qonaq statusunda foruma Misir dəvət olunub.

SPIEF 2022-də Ermənistan prezidenti Vaaqn Xaçatryan, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev, Bosniya və Herseqovina Rəyasət Heyətinin serb üzvü Milorad Dodik qatılıb.

Jurnalistlərin böyük marağı Əfqanıstandan hakim “Taliban” hökumətinin nümayəndələrinə yönəlib. Onlara Ticarət və İnvestisiya Palatasının rəhbəri Mohammaddyunas Hossein rəhbərlik edir.

Forumun işgüzar tədbirlərində Rusiyanın bütün regionlarının nümayəndələri iştirak edirlər.

Forumun əsas mövzusu "Yeni Dünya - Yeni İmkanlar"dır.

SPIEF 2022 biznes proqramı 4 tematik hissəyə bölünür. O, qlobal və Rusiya iqtisadiyyatı, sosial və texnoloji gündəm, eləcə də insan potensialının təkmilləşdirilməsi məsələlərini əhatə edir.

SPIEF 2022-nin mərkəzi tədbiri iyunun 17-də Rusiya prezidenti Vladimir Putinin iştirak edəcəyi və hələ ki, ertələnən plenar iclas olacaq. Biznes proqramının trekləri isə  ənənəvi olaraq qlobal və Rusiya iqtisadiyyatı, sosial problemlər və texnologiyanın inkişafına həsr olunur. 

 

Orxan Əliyev, 
Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR