İnsanlara hürriyət, millətlərə istiqlal!

“Putinin bu addımı Rusiyanı dərhal çökdürəcək” - Jdanovdan ŞOK açıqlama

Ukraynalı hərbi ekspert Oleq Jdanov Qərbin Rusiyanın maliyyə sistemini dərhal çökdürəcək sanksiyaların tətbiqinə qərar verə bilcəyi şərtdən danışıb.

Musavat.com Ukrayna telegram kanallarına istinadən xəbər verir ki, ekspert “öldürücü sanksiyalar”ın Rusiya Prezidenti Vladimir Putin nüvə silahından istifadəyə göstəriş verən kimi tətbiq olunacağını iddia edib.

“Putin desə ki, “biz nüvə silahlarını istifadəyə hazırlayırıq”, onda bu sanksiyalar tətbiq olunacaq. Bundan sonra ən qısa müddətdə, bəlkə də bir həftə ərzində hər şey bloklanacaq”, - deyə Jdanov bildirib.

O, qeyd edib ki, bu zaman Rusiya SWIFT beynəlxalq ödəniş sistemindən tamamilə ayrılacaq, enerji daşıyıcıları üçün ödənişlər dondurulacaq və neft-qaz alınması tam dayandırılacaq.

Ekspert bu yaxınlarda Rusiya neftinin alınmasına tətbiq edilən embarqonu “quyu” adlandırıb və qeyd edib ki, məsələn, Çexiya və Macarıstan bu ölkədən uzun müddət neft almağa davam edəcək.

Rusiya qazı isə hələlik heç bir sanksiya paketinə daxil edilməyib.

Toğrul İSMAYIL,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR