İnsanlara hürriyət, millətlərə istiqlal!

Putini dəstəkləyən müğənni “La Scala”dan qovuldu


Nyu Yorkdakı “Metropolitan Opera” və Milanda “La Skala” teatrları Rusiya hakimiyyətinin təşkil etdiyi tədbirlərdə iştirak edən rusiyalı müğənni İldar Abdrazakovun çıxışlarını ləğv edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, 2023-24 mövsümündə “Metropolitan Opera”da Cüzeppe Verdinin “Taleyin gücü” əsərində onun əvəzinə amerikalı opera müğənnisi Solomon Hovard çıxış edəcək. İldar Abdrazakov “Rossiyskaya qazeta”ya müsahibəsində bu xəbəri təsdiqləyib. Onun sözlərinə görə, Vladimir Putini dəstəkləyən Anna Netrebko və Xibla Gerzmava ilə müqavilələrinə xitam verildikdən sonra həmin teatrla münasibətləri kəsilib.

“Metropolitan Opera”nın baş meneceri Peter Qelbin sözlərinə görə, "Putinin tərəfdarlarının onun teatrının səhnəsində çıxış etdiyini bilsəydi, güzgüdə özünə baxa bilməzdi".

Bundan əvvəl Avstriyanın “Opern News” nəşri Abdarazakovun Rusiya hakimiyyəti ilə yaxınlığı barədə xəbər yaymışdı. İldar Abdrazakov, Sergey Şoyqunun da olduğu yeni il şənliklərindən birində iştirak edib və burada müdafiə naziri ilə birlikdə “Moskva gecələri” mahnısını ifa edib. Keçən ilin mayında o, Qırmızı Meydanda 10 dəqiqəlik çıxışına görə təxminən 50 min dollar qazanıb. 2022-ci ildə müğənni hakimiyyət orqanlarının və onlara yaxın strukturların təşkil etdiyi bir neçə tədbirdə də iştirak edib.

Bu xəbərlər çıxdıqdan sonra Milanın “La Scala” opera teatrı "Hoffmanın nağılları" tamaşasının aktyor heyətini dəyişdi. Abdrazakovu italyan bas-bariton Luka Pisaroni əvəz edəcək. Bununla bərabər, İldar Abdrazakovun 2023-cü ilin may ayında Boston Simfonik Orkestri (BSO), iyun ayında isə Çikaqo Simfonik Orkestri (CSO) ilə konsertləri planlaşdırılır.

“Arts Against Agressiya” təşkilatının fəalları adı çəkilən orkestrlərdən “Metropolitan Opera” və “La Scala”dan nümunə götürməyi və Putin tərəfdarı olan opera müğənnisinin çıxışlarını ləğvini tələb ediblər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR