Onlayn ictimai-siyasi qəzet
Rusiya Prezidenti Vladimir Putin Ukraynada dayandırılmasa, daha çox şey əldə etmək üçün geri dönəcək.
Bunu Britaniya xarici işlər naziri Devid Kemeron deyib.
“Yaxın keçmişdə belə bir təhlükə və qeyri-müəyyənlik dövrü xatırlamaq çətindir”, - baş nazir bildirib.
Kemeron vurğulayıb ki, insanlar dünyanın nə qədər dəyişdiyini dərk etməlidirlər.
“Kremlin münaqişələri qızışdırması, daha aqressiv Çin, islamçı ekstremizm gənc şüurları zəhərləyir, bunlar bir gecədə yox olmayacaqlar”, - Britaniyanın baş diplomatı söyləyib.
Kemeron vurğulayıb ki, artıq dünyanı əvvəlki vəziyyətə qaytarmaq mümkün deyil.
“Putini Ukraynada dayandırmasaq, dönə-dönə qayıdacaq”, - baş nazir fikrini yekunlaşdırıb./Teleqraf.com
01 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ