İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinə qarşı xüsusi TRİBUNAL YARADILDI - Rusiya prezidentinə DƏHŞƏTLİ ZƏRBƏ

Avropa Şurası Ukraynaya qarşı təcavüz cinayəti üzrə Xüsusi Tribunalın yaradılmasının hüquqi əsasları barədə razılığa gəlib. BBC-nin rus xidməti məlumat yayıb. Əgər tribunal yaradılarsa, o, Beynəlxalq Cinayət Məhkəməsindən müstəqil olacaq.

Təcavüz cinayəti başqa bir dövlətə qarşı müharibənin başlamasından ibarət olan beynəlxalq cinayətlərin ayrıca kateqoriyasıdır. Təcavüz cinayəti yalnız hücum qərarı verən ölkənin ən yüksək rəhbərliyinə aid edilə bilər.

Beləliklə, tribunalın yaradılması barədə qərar qəbul edilərsə, onun işi ilk növbədə Vladimir Putinə aid olacaq. Avropa İttifaqının xarici siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas deyib ki, o, Putinin Ukraynaya hücum və onun suverenliyini pozmaq qərarı ilə təcavüz cinayəti törətdiyinə şübhə etmir.

Avropa Komissiyasının sədri Ursula fon der Leyen də Rusiyanın hərəkətlərinin beynəlxalq hüququn kobud şəkildə pozulması olduğunu vurğulayıb: “Rusiya BMT Nizamnaməsini pozaraq, Ukraynanın sərhədlərindən tanklarla keçməyə qərar verəndə ən ağır cinayətlərdən birini - təcavüz cinayətini törətdi. İndi Ukrayna üçün ədalət gəlir".

Qazaxıstan Nəqliyyat Nazirliyinin AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı təhqiqatla bağlı dərc etdiyi hesabat ilkin xarakter daşıyır. "Rosaviasia" məlumat yayıb.

Qeyd olunub ki, nəticələr yekun hesabatda təqdim olunacaq: "Komissiyanın işi davam edəcək və baş verənlərlə bağlı nəticələr yekun hesabatda təqdim olunacaq".

Kreml AZAL-ın təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı Qazaxıstan Nəqliyyat Nazirliyinin hesabatına münasibət bildirib. Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bu hesabatın Rusiyanın müvafiq qurumları tərəfindən öyrəniləcəyini söyləyib.

“Bu ilkin hesabatdır. Əlbəttə ki, müvafiq qurumlarımız bu hesabatı böyük diqqətlə və lazımi şəkildə öyrənəcəklər. Prezident administrasiyasının bunu şərh etməsi mümkün deyil. Bunu mümkün hesab etmirik”, - deyə Kreml rəsmisi vurğulayıb.

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu hərbi ekspert Azad İsazadə ilə söhbətləşir.

https://www.facebook.com/tvmusavat

https://www.youtube.com/@musavattv

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR