Onlayn ictimai-siyasi qəzet
Ukrayna Prezidenti Volodimir Zelenski və Fransa Prezidenti Emmanuel Makron Brüsseldə keçirilən görüşdə Ukraynada xarici qoşunların yerləşdirilməsi ilə bağlı müzakirələr aparıblar.
Zelenski görüşdən sonra özünün Telegram kanalında bu barədə açıqlama verib:
"Prezident Makronun Ukraynada sülhə doğru irəliləyişi dəstəkləyə biləcək qüvvələrin iştirakı ilə bağlı təşəbbüsünün müzakirəsini davam etdirdik. Emmanuel digər tərəfdaşlarla ünsiyyətləri haqqında məlumat verdi və sülhə nail olmaq üçün bütün zəruri addımların həyata keçirilməsi üzərində işlədik”.
Zelenski Fransa Prezidenti ilə keçirdiyi təkbətək görüşü məhsuldar adlandırıb. O, Makrona Ukraynanın hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsinin əsas prioritetlərdən biri olaraq qalmasını çatdırıb. Bundan əlavə, Zelenski Makronla Ukraynanın daha bir hərbi briqadasının Fransada təlim görməsi barədə razılığa gəldiklərini bildirib.
Hər zaman müharibədən yana olan, Ermənistana qucaq açıb Cənubi Qafqazda sabitliyin yaranmasına qarşı çıxan Makronun Ukraynada hansı sülhə nail olacağı isə düşündürücüdür.
Bu dəqiqələrdə isə Rusiya prezidenti Vladimir Putinin 2024-cü ilin yekunları ilə bağlı böyük mətbuat konfransı keçirir.
Bu tədbir ənənəvi olaraq ilin mühüm siyasi və iqtisadi məsələlərinin müzakirəsi üçün nəzərdə tutulub. Konfransda yerli və xarici jurnalistlər iştirak edəcək, Prezident Putinə müxtəlif suallar ünvanlanacaq.
Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız ATLAS Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğludur.
Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
19 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ