İnsanlara hürriyət, millətlərə istiqlal!

Putindən növbəti kritik AÇIQLAMA, ermənilərə Qarabağ vədi: Soçidə nələr olacaq? CANLI

Rusiya təhlükəsizliyin təmin edilməsində Ermənistanı həmişə dəstəkləyib. Bunu Rusiya Prezidenti Vladimir Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar sessiyasında deyib.

O qeyd edib ki, Rusiya Federasiyası Ermənistanla Azərbaycan arasında münasibətlərin hərtərəfli həlli üçün əlindən gələni edir.

Putinin “Valday” klubunda Qarabağla bağlı açıqlaması Moskvanın Xankəndidəki separatçılara dəstəyi kimi qəbul edilə bilər. Ki, bu sirr deyil, hərçənd, bölgədə Qərb-Rusiya qarşıdurması və Ermənistan hakimiyyətinin planı fonunda Kremlin daha çox “dağıdıcı” gediş etdiyini deyə bilərik.

Qarabağ üzərində Azərbaycanın suverenliyinin qəbul edildiyi “Vaşinqton sənədi” haqda Putin ermənilərə iki seçim verir:
Putin bununla ermənilərə “Qarabağı istəyirsinizsə, Vaşinqton yox, Moskva sənədini seçməlisiniz” mesajını çatdırır, lakin fikrinin davamı olaraq “təbii ki, biz Azərbaycanla danışıqlar aparmalıyıq, bu razılaşmalar Azərbaycan üçün məqbul olmalıdır, açıq desək, bu, çox çətin məsələdir” deyə qeyd edir. Bununla:

- Erməni xalqına “Paşinyan Qarabağdan imtina edir”, “Qarabağın xilası” imkanının Rusiyada olduğu mesajını verir. Erməni ictimai rəyi üzərindən Paşinyana təzyiqin edilməsinə nail olmaq və sülh sazişinin imzalanmasında Qərbin vasitəçilik planını pozmaq istəyir.

TVMusavat-ın saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində politoloq Vaqif Hüseyn Putinin çıxışını şərh edir.

Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat


Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR