Onlayn ictimai-siyasi qəzet
Ukrayna döyüşçülərinin Kursdan çıxarılacağı tarixi deyə bilmərəm.
Musavat.com TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin ənənəvi illik mətbuat konfransında deyib.
O qeyd edib ki, Ukrayna Silahlı Qüvvələrinin Kurska girməsinin, orada qalmasının heç bir hərbi mənası yoxdur:
"Biz onları mütləq şəkildə öz ərazimizdən çıxaracağıq. O ki qaldı dəqiq tarixə, bu barədə heç nə deyə bilmərəm".
Putinin sözlərinə görə, Kursk vilayətinin azad edilməsindən sonra zərər qiymətləndiriləcək.
Musavat.com
19 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ