İnsanlara hürriyət, millətlərə istiqlal!

Putindən ənənəvi çıxış: "Qərb bizi “moskvalı"lar və “urallı”lara bölmək istəyir"

Rusiya prezidenti Vladimir Putin bir daha Qərbi Rusiyanı məhv etməyə çalışmaqda ittiham edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Rusiya prezidenti bu barədə “Rossiya-1” telekanalına müsahibəsində danışıb.

O, verdiyi müsahibədə, bu ilin fevralın 21-də Federal Məclisə müraciətində səsləndirdiyi tezisləri əslində təkrarlamış olub. Putin müsahibəsində, “Qərbin “bir məqsədi var – keçmiş Sovet İttifaqını soymaq və onun əsas hissəsi olan Rusiya Federasiyasını dağıtmaq”. “Və sonra, bəlkə, bizi sivil xalqlar ailəsinə qəbul edəcəklər, ancaq ayrı-ayrılıqda, hər bir hissəsi ayrı olaraq”, - cümləsini səslənirib.

O, bu halda rus xalqının "indiki formada mövcudluğunu dayandıracağı" fikrini ifadə edib. Kağız üstündə onlar bizi “moskvalılar”, “urallılar” kimi görürlər”. “Hamısı yazılıb, hər şey kağız üzərində yazılıb”, - deyə Rusiya prezidenti iddia edib.

O, NATO ölkələrini bu ölkəyə silah tədarükü ilə bağlı Ukraynadakı müharibədə iştirak etməkdə ittiham edib.

Putinin Qərb dövlətlərini “təkcə Rusiyanı özünə tabe etmək deyil, həm də onu məhv etmək niyyətində olmaqda” ittiham etdiyi ilk dəfə deyil . Əvvəllər də o, ABŞ-ın keçmiş dövlət katibi Madlen Olbraytın heç vaxt demədiyi bir ifadəni tez-tez ondan sitat olaraq istifadə edib. Guya Madlen Olbrayt nə vaxtsa “Sibirin sərvətinin yalnız bir ölkəyə məxsus olması ədalətsizlikdir” cümləsini işlədibmiş. Lakin keçmiş dövlət katibi bu cümləni səsləndirmədiyini qeyd edib.

Lakin bu dəfə Putin ilk dəfə Qərbin Rusiyanı “moskvalılara” və “urallılara” bölmək niyyətindən danışıb.

Rusiya prezidentinin “kağız üzərində qurulan” planlarla konkret nəyi nəzərdə tutduğu aydın deyil. Bu cür “layihələrin” ən məşhuru əsasən sui-qəsd nəzəriyyəçiləri tərəfindən önə çəkilən “Dalles planı” sayılır. Həmin “nəzəriyyə”yə görə, ABŞ-ın SSRİ-yə qarşı fəaliyyət planı guya SSRİ əhalisinin gizli mənəvi tənəzzülündən ibarət olub. Belə bir planın həqiqətən mövcud olduğuna dair heç bir sübut təqdim edilməyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR