İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin-Zelenski görüşü ilə bağlı şərtlər açıqlandı – Kamran Həsənli və Sevinc Telmanqızı gündəmi müzakirə edir


"Rusiya və Ukrayna liderləri Vladimir Putin və Vladimir Zelenski arasında görüşdən əvvəl imzalanacaq sazişlərin təməlini qurmaq lazımdır, lakin bu məsələ hələ ki, müzakirə edilmir".

Bunu “İzvestiya”ya müsahibəsində Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Görüş xatirinə görüş heç kimə lazım deyil. Belə bir görüşün baş tutması və belə bir görüş ideyasının gündəmdə olması üçün iş görülməli, ən yüksək səviyyədə təsbit edilə bilən sazişlərin təməli qoyulmalıdır. Hələlik bu haqda heç bir söhbət yoxdur” - deyə, o bildirib.

Çeçenistan rəhbəri Ramzan Kadırov bildirib ki, Rusiya Donbasda "dünya şeytanı" ilə mübarizə apararkən onun vəzifəsini tərk etmək haqqı yoxdur və "müddətsiz məzuniyyət"ə getmək fikrindən vaz keçib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə o, teleqram kanalında danışıb.
"Ölkəmiz Donbasda qlobal satanizmlə mübarizə apardığı bu həlledici məqamda nə regional hakimiyyət orqanları, nə də bütün rütbələrdəki hərbi qulluqçular məzuniyyətə gedə bilər", - deyə Kadırov bildirib.

Ramzan Kadırov bütün ilini məzuniyyətsiz işləməyə hazır olduğunu və gələcəkdə Rusiya regionlarının liderləri arasında mövcud vəzifə müddəti rekordunu qırmaq istədiyini qeyd edib.

O, həmçinin Donetsk istiqamətindən əla informasiyalar gəldiyini və "daha bir neçə min əzmkar könüllü və elit döyüşçünün" artıq Donbasa göndərilmək üçün hazır olduğunu bildirib.

Dünyada və ölkəmizdə baş verən xüsusatları bu gün saat 16.00-da aparıcı Kamran Həsənlinin təqdimatındakı Kamranla 1 verilişində müzakirə edəcəyik. Verilişdə K.Həsənli aparıcı həmkarı Sevinc Telmanqızı ilə birgə gündəmə nəzər salacaq, son olayları təhlil edəcək. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat


Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR