İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin üçün DƏHŞƏTLİ DÖVR başlandı: Tramp TƏHDİD EDİR, limuzini PARTLADILIR, London HƏRƏKƏTƏ KEÇİR

Böyük Britaniyanın baş naziri Kir Starmer ilə ABŞ prezidenti Donald Tramp arasında növbəti telefon danışığı baş tutub.

Musavat.com xəbər verir ki, bu barədə məlumat Birləşmiş Krallığın hökumət saytında yayımlanıb. Tərəflər Parisdə keçirilmiş “İstəkli ölkələr koalisiyası” sammitini və Rusiya-Ukrayna müharibəsi fonunda Qərbin gələcək addımlarını müzakirə ediblər.

Rəsmi Londondan yayılan açıqlamada vurğulanır: “Liderlər Putinə qarşı kollektiv təzyiqlərin davam etdirilməsinin vacibliyində razılaşdılar.”
Kir Starmer iyulun əvvəlində keçirilən seçkilərdə qələbə qazandıqdan sonra baş nazir postuna keçib. ABŞ-da isə Donald Tramp bu ilin əvvəlində yenidən prezident postuna qayıdaraq vəzifəsinin icrasına başlayıb. Bu iki lider arasında ilk təmas olmasa da, yeni administrasiyalar dövründə geosiyasi koordinasiyanın istiqamətləri baxımından əhəmiyyətli bir mərhələ kimi qiymətləndirilə bilər.

Musavat.com-un şərhi: Starmer və Tramp – fərqli siyasi kimliklər, fərqli yanaşmalar, ortaq nəticə cəhdi

Musavat.com bildirir ki, Kir Starmer sol-mərkəzçi Leyborist Partiyanın lideridir, Donald Tramp isə mühafizəkar və sərt ritorikalı siyasəti ilə tanınır. Onların siyasi kimlikləri və beynəlxalq məsələlərə yanaşmaları fərqlidir. Ən əsası, Tramp Rusiya ilə münasibətləri yaxşılaşdırmaq, eyni zamanda Avropa ilə olan strateji bağları zəiflətmək xəttini izləyir. Bu səbəbdən Qərb düşərgəsində Trampın davranışları böyük narahatlıq doğurur.
Lakin belə bir fonda Starmerin Trampa zəng edərək onunla koordinasiyalı mövqe yaratmağa çalışması və Trampın Putinə təzyiqlərin davam etdirilməsinə razılıq verməsi xüsusi əhəmiyyət daşıyır. Bu hadisə, Starmerin həm Böyük Britaniyanın lideri kimi təşəbbüsü ələ aldığını, həm də anti-Rusiya koalisiyasının liderliyini Avropanın əlindən almağa başladığını göstərir.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğludur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

 

https://www.facebook.com/tvmusavat


https://www.youtube.com/@musavattv

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR