Onlayn ictimai-siyasi qəzet
Ermənistan Milli Məclisində bu gün “Hayastan” fraksiyasının üzvü Artur Sarkisyanın deputat toxunulmazlığının ləğvi məsələsi gündəmə gətirilib.
Musavat.com xəbər verir ki, məsələ ilə bağlı çıxış edən Sarkisyan sonradan suallara cavab verməkdən imtina edib. O, hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının artıq qərarını verdiyini və onun toxunulmazlıq statusunun əlindən alınacağını bildirib.
Müzakirələr zamanı parlament zalında gərgin anlar yaşanıb və deputatlar arasında fiziki qarşıdurma baş verib.
Musavat.com görüntüləri təqdim edir:
Musavat.com
08 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ