Onlayn ictimai-siyasi qəzet
Deputat Tahir Mirkişili Milli Məclisin iclasında çıxış edərək ötən həftənin çox mühüm hadisəsindən bəhs edib.
Musavat.com bu barədə məlumat verir.
Deputat qeyd edib ki, bir neçə gün bundan öncə Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə Görüşü keçirildi: “O şəhərdə ki, o Azərbaycan Prezidentinin və azərbaycan əsgərinin gücü və siyasəti nəticəsində erməni separitizmindən azad olunaraq, dünyaya açılıb. İƏT regionun ən nüfuzlu İqtisadi təşkilatıdır. 570 milyon əhali, 2.6 trl dollarlıq İqtisadi gücə malik olan təşkilat üzvləri xüsusuilə də, Şərq və Qərb arasında İqtisadi əlaqələrdə mühüm gücə və potensiala sahibdirlər”.
T.Mirkişili Azərbaycanın artıq üçüncü dəfədir ki, İƏT sammitini təşkil etdiyini, lakin bu dəfə bu tədbirin xüsusi əhəmiyyət kəsb etdiyini vuröulayıb: “Çünki o, Qarabağda keçirilirdi. Xankəndi ilə bağlı bu seçim çoxqatlı simvolik anlam daşıyırdı. Uzun münaqişədən sonra Xankəndidə ilk dəfə beynəlxalq zirvə keçirilirdi – bu, ölkəmizin suverlenliyinin möhkəmlənməsi ilə yanaşı, Azərbaycan Prezidentinin Qarabağdakı sülh və yenidənqurma səylərini beynəlxalq aləmə nümayiş etdirirdi. Tədbir həm də müharibədən sonrakı sülh prossesində Azərbaycan diplomatiyasının nüfuzunun gücləndirilməsinə böyük töhfə oldu”.
Deputat bir məsələni də xüsus vurğulayıb: “Azərbaycan Prezidentini təşəbbüsləri nəticəsində ilk dəfə olaraq İƏT-da mühüm yeniliklər tətbiq olundu. Ağdamda gənclər forumu, Laçında Qadınlar forumu, Şuşada sahibkarlar forumu- yəni həftəlik tədbirlərin keçirilməsi mühüm hadisə oldu. Eyni zamanda, ilk dəfə olaraq İƏT sonrakı 10 illik fəaliyyət planında yalnıq hökumətlərin deyil, həm də gənclər, qadınlar və sahibkarların təşəbbüsləri nəzərə alındı. Azərbaycanda yaradılan təşkilatın Elmi tədqiqat və Təmiz enerji mərkəzləri bütün üzv ölkələrə məsələlərə elmi yanaşma və yaşıl gündəlik prizmasından baxmaq imkanı verəcək. Ümumiyyətlə, yaşıl enerjiyə keçmək kimi çətin bir prossesdə hər kəsdən öndə olan Azərbaycanın öz təcrübəsini üzv ölkələrlə bölüşmək istəyi yüksək nəticələr verməkdədir.
Şimalda və Cənubda müharibələrin alovlandığı bir vaxtda Azərbaycandan keçən Orta Dəhlizin, Zəngəzur dəhlizinin, Qərbi Azərbaycanlıların öz yurdlarına dönməsi məsələlərinin gündəmə gəldiyi bir platformanın Xankəndindən ucalan səsi bütün dünyaya açıq mesaj oldu.
Nəhayət, Xankəndi həm də indiki həssas məqamda güclü və dogma qardaşlığın möhkənlənməsi şəhəri oldu.
Beləliklə, bu Zirvə görüşü Azərbaycanın beynəlxalq diplomatiyadakı öncül rolunu və regional əməkdaşlıq niyyətini daha da gücləndirəcək əlamətdar hadisə oldu. Əminəm ki, Ölkəmizin iqtisadi əlaqələrinin genişlənməsinə, region ölkələri arasında iqtisadi əməkdaşlığın güclənməsinə Xankəndi Zirvə görüşünün mühüm töhfəsi olacaqdır”.
E.Paşasoy,
Musavat.com
09 Iyul 2025
08 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ