İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu, cənab Prezident İlham Əliyevin qətiyyətinin və müdrikliyinin növbəti təntənəsidir - komitə sədri

İqtisadi Əməkdaşlıq təşkilatının 17 ci Zirvə görüşünün Xankəndində keçirilməsi regionun tarixində mühüm siyasi hadisədir.

Musavat.com bildirir ki, bunu parlamentin komitə sədri Musa Quliyev deyib. Milli Məclisdəki çıxışı zamanı komitə sədri qeyd edib ki, azad Qarabağda, Xankənində keçirilən bu Zirvə görüşü tarixi və gözəl Azərbaycan şəhərinin dünyaya yenidən və möhtəşəm təqdimatı oldu: “Bu, Azərbaycanın gücünün, qüdrətinin nümyişi ilə yanaşı, həm də ölkəmizin əməkdaşlığa, inkişafa, davamlı sülhə böyük tövfəsidir. Bu, Ali Baş Komandan, qalib lider cənab Prezident İlham Əliyevin qətiyyətinin və müdrikliyinin növbəti təntənəsidir”.

M.Quliyev qeyd etdi ki, həmin görüşdə, eləcə də Zirvə görüşü çərcivəsində Laçında və Şuşada keçirilə tədbirlərdə bizə dost və qonşu dövlətlərin başçıları, Azad Qarabağda və Şərqi Zəngəzurda qısa müddət ərzində görülən böyük quruculuq işləri ilə tanış oldular, Azərbaycana bir gaha öz həmrəyliklərini ifadə etdilər: “Xankəndi görüşündə cənab prezident İlham Əliyevin Ermənistan tərəfindən, ata-baba yurdlarından qovulmuş soydaşlarımızın doğma yurdlarına qayıtması hüququnun bir daha dünyaya bəyan etməsi Qərbi Azərbaycan İcmasının və qaçqın soydaşlarımızın sülh yolu ilə və ləyaqətlə doğma torpaqlara dönmək ümidlərini daha da artırmış oldu. Zirvə görüşü çərşivəsində qardaş Özbəkistanın dəstəyi ilə Xankəndində tikilən tikiş fabrikinin, qardaş Qırğızstanın Ağdamın Xıdırlı kəndində inşa etdiyi məktəb kompleksinin açılışı da Azərbaycana dostluq və həmrəyliyin ifadəsi kimi çox qiymətlidir və gözəl nümunədir. Zirvə görüşündə qəbul edilən qərarlar ölkəkərimiz üçün iqtisadi əməkdaşlıq, turizm, mədəni əlaqələrin genişlənməsinə xidmət edəcək”.

Daha sonra M.Quliyev parlament sədri Sahibə Qafarovaya xitab edib: “Sizin rəhbərliyinizlə Azərbaycan millət vəkillərinin böyük bir heyətinin Özbəkistanın Xivə şəhərində keçirilən Özbəkistan- Azərbaycan 1 -ci parlamentlərarası Forumun işini, əldə olunan nəticələri də yüksək qiymətləndirirəm və parlament diplomatiyasının inkişafına böyük töhvə hesab edirəm”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR