İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Ukraynanı Putinə təslim etdi? 90 dəqiqəlik danışığın müdhiş təfərrüatları

Musavat.com xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp arasında uzun telefon danışığı baş tutub. Təxminən 1,5 saat davam edən söhbətdə əsasən Ukrayna münaqişəsi və ikitərəfli münasibətlər müzakirə olunub.

Danışıqların əsas məqamlarını belə özətləmək olar:

▪ Tramp bildirib ki, o və Putin Ukraynada münaqişənin dayandırılmasının vacibliyi barədə razılığa gəliblər.

▪ Rusiya və ABŞ vətəndaşlarının (həbsdəki agentlərin) mübadiləsi məsələsi müzakirə olunub, Vaşinqton əldə olunmuş razılaşmaların icrasına zəmanət verib.

▪ Putin Trampın “birlikdə işləməyin vaxtı çatıb” fikrini dəstəkləyib.

▪ Tramp bəyan edib ki, Rusiya və ABŞ Ukrayna ilə bağlı danışıqlara başlayacaq. ABŞ tərəfindən bu danışıqlarda Dövlət katibi Marko Rubio, Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) rəhbəri Con Rətkliff, milli təhlükəsizlik müşaviri Maykl Uolts və Yaxın Şərq üzrə xüsusi nümayəndə Robert Uitkoff iştirak edəcək.

▪ Tramp Putinin dəstəyi ilə yaxın gələcəkdə birgə səylərinin uğurlu olacağına ümid etdiyini bildirib.

▪ Putin Trampı Moskvaya dəvət edib.

Donald Tramp Vladimir Putinlə “uzun və çox məhsuldar söhbət” etdiyini təsdiqləyib: Biz Ukrayna, Yaxın Şərq, enerji, süni intellekt, dolların gücü və digər mövzuları müzakirə etdik.

Onlar həmçinin ABŞ və Moskvaya qarşılıqlı səfərlər barədə razılığa gəliblər.

Lakin Putin-Tramp arasında baş tutan bu telefon danışığı və yayılan açıqlamalar Ukraynada ciddi narazılıq və etirazlara səbəb olub. Bir çox siyasi şərhçilər bu danışıqları “Tramp-Putinə böyük hədiyyələr verdi və bu hədiyyələr Ukrayna torpaqlarıdır” kimi dəyərləndirirlər. Ukrayna mediası və rəsmiləri Moskva-Vaşinqton xəttində baş tutan bu dialoqun əslində Ukraynanın təslim olmağa məcbur edilməsi ilə nəticələnə biləcəyini iddia edirlər.

Eyni zamanda, ABŞ mediasında və siyasi dairələrdə də Trampın Putinlə danışığı və yayılan açıqlamalar kəskin tənqid olunur. Müxalif demokrat siyasətçilər və bəzi respublikaçılar bu danışıqları Ukraynanın mövqeyinin zəiflədilməsi və Kiyevin Moskvanın şərtləri ilə sülhə məcbur edilməsi cəhdi kimi qiymətləndirirlər.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Fevral 2025

12 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR