Onlayn ictimai-siyasi qəzet
"Trampla Putinin telefon danışığı gərginliyi azaldır, lakin Ukrayna hesabına".
Musavat.com xəbər verir ki, bunu BBC nəşri yazıb. BBC yazır ki, Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında 90 dəqiqəlik telefon danışığı sülh istiqamətində müsbət addım kimi görünə bilər. Lakin bu, Ukraynanın maraqlarına zərər verə bilər.
Məqalədə qeyd olunur ki, Tramp və Putin arasında açıq şəkildə yaxşı iş münasibətləri var, bu isə Ağ Evin əvvəlki sahibi Co Baydenin dövründən fərqlidir.
“İki böyük nüvə dövlətinin, Rusiya və ABŞ-ın liderlərinin konstruktiv və mehriban 90 dəqiqəlik telefon danışığı aparması xəbəri ilk baxışdan sülhə doğru müsbət addımdır. Ağ Evin əvvəlki sakini Co Baydendən fərqli olaraq, Tramp və Putin arasında açıq şəkildə yaxşı iş münasibətləri var. Gərginlik indi azalıb – lakin bu müsbət addım Ukraynaya baha başa gələ bilər”, - nəşr yazıb.
Musavat.com
13 Fevral 2025
12 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ