Onlayn ictimai-siyasi qəzet
Tramp və Zelenski arasında telefon danışığı olub.
Musavat.com xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski və ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı olub.
Zelenskinin müşaviri Litvinin sözlərinə görə, söhbət təxminən bir saat davam edib. Söhbətin təfərrüatları hələlik məlum deyil.
***
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ prezidenti Donald Tramp ilə telefon danışığı aparıb. O, söhbətin uzun sürdüyünü və əsasən sülh imkanlarının müzakirə edildiyini bildirib.
Zelenskinin sözlərinə görə, tərəflər komandalarının birgə işləməyə hazır olduğunu, eləcə də Ukraynanın texnoloji imkanlarını – o cümlədən dronlar və digər müasir istehsalat sahələrini müzakirə ediblər. O, Trampa Ukrayna ilə əməkdaşlığa göstərdiyi marağa görə təşəkkür edib.
Söhbət zamanı Zelenski, Skott Bessent ilə apardığı danışıqları və təhlükəsizlik, iqtisadi və resurs əməkdaşlığına dair yeni razılaşmanın hazırlanmasını da müzakirə edib. Tramp, öz növbəsində, Rusiya Prezidenti Vladimir Putin ilə söhbətinin detalları barədə Zelenskiyə məlumat verib.
Zelenski vurğulayıb ki, Ukrayna sülhü hər kəsdən çox istəyir və ABŞ-la birlikdə Rusiyanın aqressiyasını dayandırmaq, uzunmüddətli və etibarlı sülhü təmin etmək üçün ortaq addımları müəyyən edirlər.
Tərəflər gələcək təmaslar və görüşlər barədə razılığa gəliblər.
Musavat.com
13 Fevral 2025
12 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ