Onlayn ictimai-siyasi qəzet
2024-cü ilin dekabrında Çin Rusiyadan neft idxalını 9 faiz azaldıb.
Musavat.com OPEK-in aylıq hesabatına istinadən xəbər verir ki, nəticədə Rusiyanın Çin neftinin idxalının ümumi həcmindəki payı noyabrdakı 22 faizdən 18 faizə qədər azalıb.
Dekabrda Çinə tədarüklərin həcminə görə Səudiyyə Ərəbistanı ikinci yerdə - ümumi həcmin 14,3 faizi, Malayziya isə üçüncü yerdə - 14 faiz olub.
Dekabrda Çinin ümumi neft idxalı noyabrla müqayisədə 5 faiz azalaraq sutkada 11,3 milyon barelə düşüb.
Eyni zamanda OPEK-in istinad etdiyi Vortexa analitik agentliyinin məlumatlarına görə, noyabrda olduğu kimi, dekabrda da Hindistanın ümumi neft idxalının 38 faizini Rusiya təmin edib. Tədarükün 19 faizini İraq, 13 faizini Səudiyyə Ərəbistanı təmin edib. Dekabrda Hindistanın ümumi neft idxalı noyabrdakından 2 faiz artaraq gündəlik 4,7 milyon barel təşkil edib.
Ümumilikdə, 2024-cü ildə Rusiya Hindistana ən böyük neft tədarükçüsü olsa da, onun ümumi idxaldakı payı 2023-cü ildəki 39 faizdən 38 faizə düşüb.
Musavat.com
13 Fevral 2025
12 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ