Onlayn ictimai-siyasi qəzet
Fevralın 12-si günorta saatlarında Laçın rayonunun Malıbəy yaşayış məntəqəsi ilə üzbəüz yerləşən Gorus rayonunun Xanazax istiqamətindəki Ermənistan silahlı qüvvələrinin mövqelərinə 1 ədəd UAZ-Patriot və 2 ədəd Land-Cruiser-LX markalı nəqliyyat vasitəsi gəlib.
Musavat.com Trend-ə istinadən xəbər verir ki, avtomobillərdən enən 3 nəfərin ərazinin müşahidəsi və bölmələrimiz istiqamətində foto-video çəkilişlər apardığı texniki müşahidə vasitələri tərəfindən qeydə alınıb.
Ermənistan tərəfi bu cür "monitorinqlərlə" bölmələrimizin dislokasiya yerləri və döyüş mövqelərimizin yerləşməsi barədə kəşfiyyat məlumatlarını toplamağa çalışır.
Qarşı tərəf Avropa İttifaqının monitorinq missiyasının nümayəndələrindən istifadə etməklə törətdiyi insidentlərlə Ordumuzun şəxsi heyətini provokasiyalara təhrik edir.
13 Fevral 2025
12 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ