İnsanlara hürriyət, millətlərə istiqlal!

Yazıçı Anarın “Yeni Müsavat”a məktubu: “Mənə bəslədiyi səbəbsiz nifrət...”

Azərbaycan Yazıçılar Birliyinin sədri, yazıçı Anar “Yeni Müsavat” qəzetinin redaksiyasına məktub göndərib.

Musavat.com xəbər verir ki, ağsaqqal yazıçımız qəzetin köşə yazılarında onun barəsində vaxtaşırı gedən ifadələri qınayır.

AYB sədri yazır:

“Hörmətli redaktor!

Redaktə etdiyiniz qəzetin, demək olar ki, hər saynda eyni zatın mənim haqqımda bir-birindən təhqiramiz, şit “məzələnmələr”i çıxır.

Mənə bəslədiyi səbəbsiz və izahsız nifrətinə görə atamın ruhunu incitmək kimi əmələ də əl atır.

Haqqımda yazdığı və dabanbasma çap olunan yazıların sonuncusunda mənə ünvanlanmış növbəti təhqirlərdən sonra gileylənir ki, Elxan Elatlını Yazıçılar Birliyinə qəbul etmirik, ona ev və təqaüd vermirik”.

Daha sonra yazıçı Anar bu iddiaya münasibət bildirərək yazır: “İstedadlı yazıçı Elxan Elatlı 2007-ci ildən Yazıçılar Birliyinin üzvüdür və bir dəfə də olsun ev, ya təqaüd üçün Birliyə müraciət etməyib”.

AYB sədri əmin olduğunu bildirir ki, bu məktub qəzetdə dərc olunmayacaq. “Köşə yazarının gələcək böhtanlarının qarşısını da ala bilməyəcəksiniz. Amma unutmayın ki, tarix var. Qəzetlər də kitabxanalarda durur. Elə davranmayın ki, gələcək nəsillər qarşısında xəcalət çəkəsiniz.

“Yeni Müsavat” qəzetinin bir guşəsinin daimi hədəfi

Anar Rəsuloğlu
12 fevral 2025”

Biz məktubu bir-iki təhqiramiz ifadəni ixtisar etməklə dərc edir və hörmətli yazıçımızın nəzərinə çatdırırıq ki, ayrı-ayrı müəlliflərin ona münasibəti fərqlidir.

Qeyd edək ki, Anar Rəsuloğlu adını çəkməsə də köşə yazarımız Zamin Hacının köşə yazılarını nəzərdə tutur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Fevral 2025

12 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR