İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin Trampın qarşısına Mariya Zaxarovanı çıxartdı: təhdidə kəskin cavab...

ABŞ prezidenti Rusiyaya qarşı sərt sanksiyalar tətbiq etməklə hədələdi – Moskva cavab verdi

ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı genişmiqyaslı bank sanksiyaları və gömrük rüsumlarının tətbiqini ciddi şəkildə nəzərdən keçirdiyini bəyan edib. Musavat.com xəbər verir ki, bu barədə o, "Truth Social" sosial şəbəkəsində yazıb.

“Rusiya döyüş meydanında Ukraynanı əzir. Ona görə də mən atəşkəs və yekun sülh anlaşması əldə olunana qədər Rusiyaya qarşı geniş bank sanksiyaları və rüsumlar tətbiq etməyi düşünürəm”, – deyə Tramp bildirib.

ABŞ lideri Moskva və Kiyevi dərhal danışıqlara başlamağa çağırıb: “Rusiya və Ukrayna, danışıqlar masasına əyləşin – dərhal! Çox gec olmadan. Təşəkkürlər!!!”

Trampın sanksiya təhdidlərinə Mariya Zaxarova reaksiya verdi

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə Trampın bu təhdidlərinə cavab olaraq, ABŞ-ın yeni sanksiyalarının Moskvanın Ukraynada hədəflərinə çatmasına mane olmayacağını bəyan edib.

“Həqiqət budur ki, Ukrayna əvvəlki Ağ Ev rəhbərliyinə güvəndiyinə görə məğlub oldu. Yeni sanksiyalara gəlincə, biz artıq çox sayda məhdudiyyətlə üzləşmişik və bunlar məqsədlərimizi reallaşdırmağa mane olmayıb”, – deyə Zaxarova CNN-ə açıqlamasında bildirib.

Beləliklə, Trampın sərt mövqeyinə baxmayaraq, Rusiya geri addım atmaq niyyətində olmadığını göstərir. ABŞ administrasiyasının sanksiya təzyiqlərinin Rusiyanın siyasətinə təsir edib-etməyəcəyi isə yaxın gələcəkdə məlum olacaq.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Aprel 2025

28 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR