Onlayn ictimai-siyasi qəzet
İki aydan çoxdur Ukrayna müharibəsini bitirmək üçün danışıqlar aparan ABŞ prezidenti Donald Tramp son günlər Ukraynaya artan hava hücumları ilə bağlı Rusiyaya xəbərdarlıq edib.
Musavat.com xəbər verir ki, o deyib: "Bombalamaları dayandırın. Bu tendensiya xoşuma gəlmir".
Moskva isə "Biz böhranın sülh masasında həllinin tərəfdarıyıq. Ancaq məlum olduğu kimi, bizim bir sıra şərtlərimiz var" - deyə, cavab verib.
ABŞ liderinin xəbərdarlığına cavab olaraq Kremlin sözçüsü Dmitri Peskov deyib:
"Prezident Putin Ukraynada atəşkəs ideyasını dəstəkləyir. Lakin bunun mümkün olması üçün Rusiyanın cavab gözlədiyi bir sıra sual işarələri var. Ukrayna münaqişəsinin həlli üçün axtarılan düstur Rusiyanın maraqlarına məhəl qoymadan əldə edilə bilməz".
Musavat.com
17 Aprel 2025
16 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ