İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin Tramp ilə danışığa hazırdır: Kreml işarə gözləyir  

Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Tramp ilə əlaqə qurmağa hazırdır. Kremlin sözçüsü Dmitri Peskovun sözlərinə görə, bu istiqamətdə Moskva qarşı tərəfdən siqnallar gözləyir və danışıq baş tutarsa, ictimaiyyətə məlumat veriləcək.

Musavat.com xəbər verir ki, Peskov mətbuata verdiyi açıqlamada bildirib: “Lakin vəziyyəti qabaqlamaq və proqnoz vermək çətindir. Əgər hər hansı bir yenilik olarsa, bu barədə dərhal məlumat verəcəyik”.

Bu açıqlama, Rusiya və ABŞ arasında hazırda gərgin olan münasibətlər fonunda diqqət çəkir.

Qeyd edək ki, Trampın əvvəlki prezidentliyi dövründə ABŞ-Rusiya münasibətləri rəqabətlə yanaşı, müəyyən əməkdaşlıq məqamları ilə yadda qalmışdı. Bununla belə, Trampın Rusiya ilə yaxın əlaqələr qurmaq cəhdləri ABŞ daxilində geniş tənqidlərə səbəb olmuşdu.

Bu dəfə mümkün bir danışıq, ABŞ-da və dünyada diqqətlə izləniləcək. Gələcəkdə bu əlaqənin nə dərəcədə gerçəkləşəcəyi və münasibətlərin hansı istiqamətdə inkişaf edəcəyi isə hələlik sual altındadır.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR