İnsanlara hürriyət, millətlərə istiqlal!

“Putin tənqidlərdən qaçmaq üçün G20-yə gəlməkdən imtina etdi” - Almaniya kansleri

“Rusiya prezidenti Vladimir Putin İndoneziyada keçiriləcək G20 sammitində iştirak edə bilərdi. Lakin iclasa qatılan ölkələrdən Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı artan tənqidlərə görə bundan imtina etdi”.

Azpost.info xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts deyib.

“Putin sammitə gəlsəydi, yaxşı olardı. Lakin bu zaman o, dünyanın bir çox ölkəsinin sualları və tənqidləri ilə üzləşməli olacaqdı”, – kansler bildirib.

Onun sözlərinə görə, Putinin olmaması Rusiyanın Ukraynaya qarşı müharibəsinin müzakirəsinə təsir etməyəcək: “Dünya ictimaiyyəti Kremlə açıq şəkildə bildirdi ki, hərbi eskalasiya qəbuledilməzdir və Rusiya hakimiyyəti tərəfindən sülhü təmin edən təkliflər istiqamətində addımlar atılmalıdır. Buna görə də biz beynəlxalq qaydalara riayət edilməli olduğunu, qanunun gücdən üstün olduğunu açıq şəkildə ifadə edən rəy formalaşdırmaq üçün çox çalışırıq”.

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR