İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin Təhlükəsizlik Şurasının üzvləri ilə xarici siyasət konsepsiyasını müzakirə edib

Rusiya Prezidenti Vladimir Putin ölkənin Təhlükəsizlik Şurasının (TŞ) daimi üzvləri ilə görüş keçirib.

“Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətinin məlumatında bildirilib.

Prezident Rusiyanın xarici siyasət konsepsiyasının müddəalarının həyata keçirilməsinin müzakirəsini təklif edib.

Rusiya xarici işlər naziri Sergey Lavrov iclasda məruzə ilə çıxış edib.

Ölkənin xarici siyasəti konsepsiyası Prezidentin 31 mart 2023-cü il tarixli fərmanı ilə təsdiq edilib. Sənəddə bildirilib ki, ölkənin silahlı qüvvələri təkcə Rusiyaya və onun müttəfiqlərinə qarşı hücumu dəf etmək deyil, həm də qabaqlayıcı tədbirlər görmək hüququna malikdir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR