İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin: Rusiya Ukrayna böhranının siyasi və diplomatik yolla həllinə açıqdır

Rusiya Ukrayna böhranının siyasi və diplomatik yolla həllinə açıqdır.

APA-nın Moskva müxbiri Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bunu Rusiya Prezidenti Vladimir Putin Çinin "Jenmin Jıbao" qəzetində dərc olunan "Rusiya və Çin- gələcəyə baxan tərəfdaşlıq" adlı məqaləsində bildirib.

Onun sözlərinə görə, Ukrayna ilə bağlı sülh prosesinin gələcəyi yalnız mövcud geosiyasi reallıqları nəzərə almaqla ciddi söhbətə hazır olmaqdan asılıdır.

Putin qeyd edib ki, Moskvanın ünvanına ultimatumlu tələbləri mövcud reallıqlardan qopmaqdan və vəziyyətdən çıxış yolu tapmağa maraqlı olmamaqdan xəbər verir.

Rusiya prezidenti vurğulayıb ki, Moskva Çinin böhranın həllində konstruktiv rol oynamağa hazır olmasını alqışlayır: "Rusiya Çinin balanslaşdırılmış xəttinə, böhranın ilkin tarixini və əsl səbəblərini başa düşdüyünə görə minnətdardır".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR