Onlayn ictimai-siyasi qəzet
Musavat.com-un məlumatına görə, Rusiya prezidenti Vladimir Putin Arktika Forumunda çıxışı zamanı Finlandiya və İsveçin NATO-ya qoşulmasını şərh edərək, Rusiyanın bu proseslərə reaksiya verəcəyini bildirib.
"Bizim üçün əsas narahatlıq doğuran məqam NATO ölkələrinin getdikcə daha çox Uzaq Şimalı potensial münaqişə meydanı kimi görməsidir. Onlar bu şəraitdə qoşunların tətbiqi üzrə təlimlər keçirir, o cümlədən yeni üzvləri olan Finlandiya və İsveçin qüvvələrini cəlb edirlər. Halbuki, bu ölkələrlə bizim heç bir problemimiz yox idi. İndi isə özləri gərginlik yaradırlar. Nəyə görə? Bu, bizə tamamilə aydın deyil. Amma biz reallıqdan çıxış edərək bütün bunlara uyğun şəkildə reaksiya verəcəyik", – deyə Putin vurğulayıb.
O, həmçinin Rusiyanın Arktikada heç kimə təhlükə yaratmadığını iddia edib.
"Biz vəziyyəti diqqətlə izləyirik və adekvat cavab tədbirləri görürük. Bunun üçün silahlı qüvvələrimizin döyüş qabiliyyətini artırır, hərbi infrastruktur obyektlərini modernləşdiririk", – deyə Putin əlavə edib.
Musavat.com
31 Mart 2025
30 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ