Onlayn ictimai-siyasi qəzet
Slovakiyanın baş naziri Robert Fitso Moskvaya səfərindən sonra Rusiya prezidenti Vladimir Putinlə keçirilən görüş barədə açıqlama verib.
Musavat.com xəbər verir ki, Fitso Putinin Rusiyanın Avropaya qaz tədarükünü davam etdirməyə tam hazır olduğunu təsdiqlədiyini bildirib.
Görüş Ukrayna prezidenti Volodimir Zelenskinin "Ukrayna ərazisindən qaz tranzitinə qarşı olduğu" barədə bəyanatına cavab olaraq təşkil edilib.
Fitso qaz tranziti məsələsinin Avropanın enerji təhlükəsizliyi üçün mühüm əhəmiyyət daşıdığını qeyd edərək, Rusiya ilə bu istiqamətdə əməkdaşlığın vacibliyini vurğulayıb.
Bu açıqlamalar Avropa enerji bazarında müzakirələrə səbəb olub və regionun enerji təchizatı ilə bağlı qərarlarına təsir edə bilər.
23 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ