İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin Qərblə gizli danışıqlar aparır - Elxan Şahinoğlu ilə “Canlı debat”

Ukraynaya genişmiqyaslı hərbi müdaxilənin beşinci ayında Rusiya Prezidenti Vladimir Putin danışıqlara can atır və Qərbdə həmsöhbətlər axtarır.

Bu sözləri Ukraynanın keçmiş xarici işlər naziri Pavel Klimkin deyib.

"Putin danışıqlara can atır. Putinin nümayəndələri müxtəlif yarıgizli və gizli kanallar vasitəsilə ABŞ-a, Avropaya yaxınlaşmağa çalışırlar və deyirlər: "Gəlin, birtəhər razılaşaq. Bu, həm bizim, həm də sizin üçün faydalı olacaq. Onlar enerji, ərzaq böhranı və bir çox başqa şeylərlə qorxudurlar”, - Klimkin bildirib.
Diplomat qeyd edib ki, Putin payızda danışıqların zəruriliyinə daha çox diqqət yetirəcək, çünki bu, onun üçün ən yaxşı an olacaq - enerji və ərzaq qiymətlərində artım olacaq.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 12.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız ATLAS Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğludur.


Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat


Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat


Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR