İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin Paşinyanla Qarabağda təhlükəsizlik məsələlərini müzakirə edir

Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla Qarabağda təhlükəsizlik məsələlərini müzakirə edəcəyini bildirib:

"Əlbəttə ki, təhlükəsizlik məsələləri, o cümlədən Qarabağla bağlı məsələlər də diqqət mərkəzində olacaq. Hələ çox məsələlər var. Pandemiya dövrünə baxmayaraq sizinlə görüşlərimiz müntəzəmdir”, - Putin Paşinyana bildirib

***

Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş başlayıb.

“Report” xəbər verir ki, məlumatı “Armenpress” yayıb.

***

Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiyanın paytaxtı Moskvaya rəsmi səfəri başlayıb.

“Report” xəbər verir ki, bu barədə “Armenpress” agentliyi məlumat yayıb.

Məlumata görə, hökumət başçısını Baş nazirin müavini Mger Qriqoryan, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan, xarici işlər naziri Ararat Mirzoyan, ədliyyə və təhsil nazirləri Karen Adreasyan və Vaqram Dumanyan, həmçinin parlament sədrinin müavini Akop Arşakyan müşayiət edirlər.

N.Paşinyan bu gün Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək. Tərəflər Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında üçtərəfli bəyanatların icrasını, o cümlədən regionda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üzrə tədbirləri müzakirə edəcək.

Görüşdə Rusiya-Ermənistan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin gələcək inkişafının aktual məsələləri ətrafında da fikir mübadiləsi aparılacağı da gözlənilir.

Həmçinin hökumət başçısının Rusiyanın Nijni Novqorod şəhərinə də səfəri planlaşdırılır.

Səfər iki gün davam edəcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR