İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin Kadırovun həyat yoldaşına fəxri ad verdi

Rusiya Prezidenti Vladimir Putin ilk dəfə olaraq “Qəhrəman ana” fəxri adının verilməsi ilə bağlı fərman imzalayıb.

Musavat.com APA-ya istinadla xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Fərmana əsasən, Çeçenistan rəhbəri Ramzan Kadırovun həyat yoldaşı Medni Kadırovaya və Yamal-nene muxtar dairəsindən Olqa Dextyarenkoya “Qəhrəman ana” fəxri adı verilib.

Qeyd olunub ki, bu ad 10 və daha çox uşağı olan analara verilir. Belə ki, Medni Kadırova 14, Olqa Dextyarenko isə 10 uşaq anasıdır.

Xatırladaq ki, 2022-ci ilin 15 avqustunda Vladimir Putin tərəfindən imzalanan sərəncamla yeni fəxri ad “Qəhrəman ana” təsis edilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR