İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin I Pyotr yolu getmək istəyir - Rusiya imperiyasını bərpa edə bilərmi...

Natiq Cəfərli: “Nə qədər ki, orta statistik Rusiya vətəndaşı elə Putin kimi olacaq, bizə təhlükə həmişə qalacaq, Azərbaycan Türkiyə ilə inteqrasiya müqavilələrini dərinləşdirməlidir”

Rusiya lideri ötən həftə çıxışında özünü I Pyotrla müqayisə etdi və dünyaya mesajını vermiş oldu. “Yeni Müsavat” xatırladır ki, Putin ölkəsinin ərazisini Çar Rusiyasının hüdudları çərçivəsində bərpa etməyə hazır olduğunu istisna etmədi. Putinin Rusiya imperiyasının qurucusu I Pyotru xatırlatması onun dünyaya müharibə elan etməsi kimi qiymətləndirilə bilər. Kreml rəhbəri keçmiş SSRİ-nin süqutundan sonra itirilmiş ərazilərin geri qaytarılmasını özünün tarixi missiyası hesab edir. Bu, yalnız Şərqi Avropaya, Skandinaviya ölkələrinə hədə və torpaq iddiası deyil, həm də keçmiş sovet respublikalarını təhdid etməkdir. Putinin bu davranış və niyyəti baş tuta bilərmi? Ukraynada müharibə bataqlığına düşən Putin, oradan çıxmadan necə olur ki, dünyanın az qalsın yarısını işğalla hədələyir?! Onun nümayəndəsi Medinski də I Pyotrun 350 illiyində söyləmişdi ki, Rusiya imperiyasının əraziləri müvəqqəti kiçilib. Bu, qonşularına açıq təhdid idi.

Natiq Cəfərli: "Cəmil Həsənlinin bu qədər səviyyəsiz vəziyyətə düşəcəyini  gözləmirdim" » YeniSözçü qəzeti

Natiq Cəfərlin

REAL Partiyasının siyasi komitəsinin üzvü, iqtisadçı Natiq Cəfərlinin sözlərinə görə, Putin böyük ölkə olmağın torpaqların genişləndirilməsindən (faktiki işğaldan) keçdiyini deyib, suverenliyin əsasını, böyüklüyün təməlini ərazi ilə ölçüb: “Bir sözlə, tipik imperiya düşüncəsidir, belə yanaşma bütün postsovet məkanı üçün təhlükə olduğunu göstərir. Bu gün orta statistik rusiyalı elə Putindir, əhalinin böyük əksəriyyəti də eynilə belə düşünür. Çünki elə ”proqramlaşdırılıblar", böyük ölkə olmağın, “imperiya” modelinin iqtisadiyyat və əhalinin rifahı olduğunu qəbul etmək istəmirlər. Torpaqların artması heç də ölkənin rifahı, inkişafı demək deyil, müasir “imperiya” tipi, məsələn, Cənubi Koreyadır".

N.Cəfərli nümunələr gətirir: “1991-ci ildə SSRİ dağılıb. Rusiya müstəqil olan ildə ölkənin ÜDM-i 517 milyar. dollar idi, sonra kəskin düşdü, 1996-cı ildə cəmi 396 milyard dollar oldu - eyni dövrdə, 1991-ci ildə Cənubi Koreyanın ÜDM-i 367 milyard dollar idi, 1996-cı ildə isə 597 milyard dollar oldu. Sonrakı dövrlərdə Rusiyanın ÜDM-i artmağa başladı, 2021-ci ildə ölkənin ÜDM-i 1 trilyon 780 milyard dollar olub. Həmin il Cənubi Koreyanın ÜDM-i isə 1 trilyon 800 milyard dollar olub. 2021-ci ilin məlumatlarına görəb Rusiyanın əhalisi 145 milyon 557 min nəfərdir, adambaşına düşən ÜDM isə 12200 dollar olub. Həmin dövrə Cəmubi Koreyanın əhalisi 51 mln. 780 min nəfər olub, adambaşına düşən ÜDM isə 34865 dollar olub. Adambaşına düşən ÜDM-ə görə Rusiya C.Koreyadan 3 dəfə geridədir, 2021-ci ildə Rusiyanın ixracı 491 mlrd. 600 milyon dollar olub ki, bunun da 60%-ə yaxını neft-qazdır. Həmin il Koreyanın ixracı 644 mlrd. 540 mln. dollar olub ki, bunun da tamamı real sektor, texnoloji məhsullardır. Bu qədər resursa rəğmən sanksiyalardan öncə Rusiyanın qızıl-valyuta ehtiyatları 630 mlrd. dollar idi, indi 300 mlrd. dolları ”dondurulub" - C.Koreyanın qızıl-valyuta ehtiyatları isə 452 mlrd. 300 mln. dollardır".

N.Cəfərli hesab edir ki, Rusiya əslində bədbəxt ölkədir, bu qədər resurslara, əraziyə rəğmən böyük ölkə ola bilmir: “İmperiyanı ərazi ilə ölçür, normal sistemi olsaydıb Rusiya indi ABŞ-dan da 5 dəfə yaxşı yaşamalı, varlı və nüfuzlu ölkə olmalı idi. C.Koreyanın ərazisi Rusiyadan 170 dəfə, əhalisi 3 dəfə azdır, amma əsl müasir ”imperiyadır", torpaqları yox, bazarları tutur, ərazini deyil də, əhalinin qarajlarını, ciblərini, evlərini “işğal” edir. Nə qədər ki, orta statistik Rusiya vətəndaşı elə Putin kimi olacaq, nə qədər ki, imperiya olmağın formulunu ərazi genişliyi ilə ölçəcək, bizə, qonşulara, postsovet ölkələrinə təhlükə həmişə qalacaq. Ona görə də Azərbaycan öz “de-jure” və “de-fakto” ittifaqlarını genişlədib möhkəmləndirməli, qardaş Türkiyə ilə inteqrasiya müqavilələri dərinləşdirilməlidir".

Emil SALAMOĞLU
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR