İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin fərman imzaladı: 2023-cü il yanvarın 1-dən... - SON DƏQİQƏ

Rusiya prezidenti Vladimir Putin 2023-cü il yanvarın 1-dən Rusiya Silahlı Qüvvələrinin şəxsi heyətinin sayının 137 min nəfər artırılması haqqında fərman imzalayıb.

Musavat.com xəbər verir ki, bu barədə Rusiyanın hüquqi informasiya internet portalında məlumat yerləşdirilib.

Bundan sonra Rusiya Silahlı Qüvvələrinin şəxsi heyəti 1 milyon 150 min 628 ştatlı hərbi qulluqçudan ibarət olacaq. Eyni zamanda Silahlı Qüvvələrin ümumi ştat sayı 2 milyon 39 min 758 vahidə çatdırılıb.

Putinin 17 noyabr 2017-ci il tarixli əvvəlki fərmanında Rusiya Silahlı Qüvvələrinin ştat gücü 1 milyon 13 min 628 hərbi qulluqçu daxil olmaqla, 1 milyon 902 min 758 vahid müəyyən edilmişdi.

Xatırladaq ki, müharibə başlayandan bəri Rusiya ordusu 46 minə yaxın canlı qüvvə itirib. Eyni zamanda zirehli texnikada ümumi itkilər 6 mini ötür.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR