İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin dünyaya meydan oxudu: savaşa indi başlayırıq, NATO təlaşda - CANLI

Ukraynada müharibə kritik mərhələyə daxil olub. Hərbi alyansın üzvləri üçün çətin qış başlayacaq.

NATO-nun Baş katibi Yens Stoltenberq deyib.

“Qışda işıqların kəsilməsi, fasilələr və hətta vətəndaş iğtişaşları baş verə bilər. Ailələr və müəssisələr Rusiyanın işğalı nəticəsində enerji qiymətlərində kəskin bahalaşma ilə üzləşdikcə birlik və həmrəyliyimiz ciddi şəkildə sınaqdan keçiriləcək. Ukraynanın gələcəyi və gələcəyimiz naminə qış müharibəsinə hazırlaşmalıyıq”, - o bildirib.

Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətinin Voloxov Yar və Verbovka yaşayış məntəqələrini işğaldan azad edib. Bu barədə qondarma Donetsk Xalq Respublikasının sabiq “müdafiə naziri” İqor Girkin şəxsi teleqram kanalında etiraf edib.

“Mənbələrim Milli Qvardiyanın hazırlığının acınacaqlı durumda olması ilə yanaşı düşmənə mümkün olan maksimum məsafələrdən atəş açmağa üstünlük verən Rusiya aviasiyasının hərəkətlərinin müstəsna ehtiyatlılığını da qeyd etdi ki, bu da zərbələrin effektivliyinə əhəmiyyətli dərəcədə təsir edib”, - İ.Girkin vurğulayıb.

Qeyd edək ki, İqor Girkin separatçıların “müdafiə naziri” olmadan öncə uzun müddət Rusiya Federal Təhlükəsizlik Xidmətində şöbə rəisinin müavini vəzifəsində çalışıb. Hazırda o, Donbasdakı separatçıları, qondarma quruluşları dəstəkləyən “Novorossiya” ictimai hərəkatının rəhbəridir.
İ.Girkin Rusiya Müdafiə Nazirliyi, xüsusilə nazir Sergey Şoyqunun ən sərt tənqidçilərindən biridir.

Rusiya Prezidenti Vladimir Putin isə ölkəsinin Ukraynada müharibəyə başlamasından heç nə itirmədiyini açıqlayıb. Dövlət başçısı Şərqi İqtisadi Forumun Vladivostokdakı plenar iclasında danışıb.

“Ukraynada xüsusi hərbi əməliyyata başlamaqla heç nə itirməmişik və heç nə itirməyəcəyik.
Əsas qazancımız suverenliyimizin möhkəmlənməsidir. Bəli, müəyyən qütbləşmə var, amma mən inanıram ki, həm dünyada, həm də ölkə daxilində bu, yalnız faydalıdır.

Çünki lazımsız, zərərli və irəli getməyimizə mane olan hər şey rədd ediləcək, biz sürət, inkişaf tempi yığmağa başlayacağıq, çünki müasir inkişaf yalnız suverenliyə əsaslana bilər.

Bu istiqamətdə atdığımız bütün addımlar suverenliyin möhkəmləndirilməsinə yönəlib. Və ikinci və ən vacib. Bunu bir daha vurğulamaq istəyirəm. Tez-tez səslənir. Biz hərbi əməliyyatlar nöqteyi nəzərdən heç nəyə başlamamışıq, ancaq başa çatdırmağa çalışırıq”, - ölkə lideri vurğulayıb.

Yeddi aydır davam edən bu savaşdan hələ ki üstün və aşkar qalib görünən tərəf yoxdur. Rusiyanın əvvəlki taktiki üstünlüyü də yerində saymaqdadır, son aylarda hansısa əraziləri tuta bilməyiblər. O zaman bu müharibənin sonu necə görünür? Qərb, yoxsa Rusiya bu toqquşmada qalibdir?

TVMusavat-ın saat 16:00-da “Həftə içi” verilişində AĞ Partiyanın başqan müavini Cavanşir Abbaslı ilə azxeber.com saytının baş redaktoru Hacıbəy Heydərli Ukraynanın işğala məruz qalmasını müzakirə edirlər. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat


Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat


Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR