İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin ciddi əsgər çatışmazlığı problemi ilə üzləşə bilər – ISW


Rusiya ordusunun canlı qüvvə ehtiyatı sonsuz deyil.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, “Müharibə Araşdırmaları İnstitutu”nun (ISW) analitikləri belə bir qənaətə gəliblər.

“Putin növbəti və ya iki hərbi çağırış dalğasından sonra başqa dilemma ilə üzləşə bilər, çünki cəbhədə döyüş əməliyyatları üçün yararlı ehtiyatda olanların sayı məhduddur”,-deyə hesabatda bildirilir.

Analitiklərin fikrincə, ötən il cəbhədəki itkilər “qismən səfərbərlik” adlanan əməliyyatla güclə ödənilib.
İndi cəbhədəki rusların itkisini doldurmaq üçün Putin hərbi xidmətin genişləndirilməsi, getdikcə daha çox rus gəncini hərbi xidmətə cəlb etməsi lazımdır. Halbuki ölkədəki demoqrafik göstəricilər belə bir planın həyata keçirilməsinə ciddi şəkildə mane olur.
ISW-nin hesablamalarına görə, Rusiyada hər il 800 min gənc 18 yaşına çatır, 260 min rusiyalı isə hərbi xidmətə cəlb olunur.

Hərbi xidmətə çağırışın 260 min nəfərdən çox genişləndirilməsi fiziki cəhətdən xidmətə yararsız vətəndaşların da ordu sıralarına cəlb olunmasına səbəb olacaq. Analitiklərin fikrincə, bu, Putinin ölkənin iqtisadiyyatının idarəsində yer alan rusların sayını da azaldacaq.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının fevralın 27-nə olan məlumatına görə, Rusiya ordusunun canlı qüvvədə ümumi döyüş itkiləri təxminən 148 690 nəfər təşkil edir.
Ukrayna kəşfiyyatının rəhbəri Kirill Budanovun bildirdiyinə əsasən, ilk açıq səfərbərlik dalğası zamanı Rusiya 316 mindən bir qədər çox orduya cəlb olunub. Onların demək olar ki, hamısı lazımi hazırlıq keçmədən Ukraynaya qarşı döyüşməyə göndərilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR