Onlayn ictimai-siyasi qəzet
Rusiya prezidenti Vladimir Putin, Rusiya raketi tərəfindən vurulduğu iddia edilən Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı xəbəri heç bir formada şərh etməyib.
Musavat.com “Agentstvo” xəbər portalına istinadən qeyd edir ki, Putin bu hadisədən sonra bir sutka ərzində müxtəlif tədbirlərdə iştirak edib və bir sıra fəaliyyətlər həyata keçirib, lakin hadisəyə münasibət bildirməyib.
Xüsusilə, bu müddət ərzində Putin:
• MDB dövlət başçılarının qeyri-formal görüşündə iştirak edib;
• Ali Avrasiya İqtisadi Şurasının iclasında olub;
• Brifinq keçirib;
• 7-ci sinif şagirdi Taisiya Leonova ilə telefon danışığı apararaq onun xalq rəqsləri ansamblının məşqində iştirak arzusunu reallaşdırıb;
• Bir neçə qanun imzalayıb;
• Aktyor Mixail Boyarskiyı ad günü münasibətilə təbrik edib.
“Agentstvo” vurğulayır ki, Putin üçün rezonans doğuran və mənfi nəticələr doğura biləcək hadisələr zamanı susmaq adi bir haldır. Məsələn, Suriyada Bəşər Əsəd rejiminin çökməsi ilə bağlı ilk şərhini yalnız 11 gündən sonra verib.
Hadisə ilə bağlı rəsmi reaksiya gözlənilsə də, indiyə qədər Kreml mövzu ilə bağlı hər hansı açıqlama yaymayıb.
Musavat.com
27 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ