Onlayn ictimai-siyasi qəzet
Ukraynanın Rusiya qazının tranziti ilə bağlı razılaşmanı pozmasından sonra Avropa İttifaqı (Aİ) ölkələrində təbii qazın birja qiymətləri qaçılmaz olaraq artacaq.
Musavat.com TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.
Onun fikrincə, Ukraynanın qaz nəqli sistemi (QTS) vasitəsilə Rusiya yanacağının tədarükünün dayandırılması nəticəsində əsas qurbanlar avropalı istehlakçılar olacaq: “Biz həmişə Avropaya qaz tədarükü və iqtisadi məsələlərin siyasətdən çıxarılmasının tərəfdarı olmuşuq”.
Putin bildirib ki, bu marşrut üzrə tranzit dayandırılarsa, ölkə hakimiyyətinin maraq göstərdiyi təqdirdə, “Qazprom” Polşa vasitəsilə ixracı bərpa etməyə hazırdır: "Sadəcə, düyməni basmaq lazımdır və budur, Rusiya qazı Yamal-Avropa kəməri ilə Polşa ərazisindən keçəcək".
Musavat.com
27 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ