Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın Rusiyanın LNG (mayeləşdirilmiş təbii qaz) sənayesinə qarşı sanksiyaları ona ziyan vurur.
Musavat.com xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin illik mətbuat konfransında deyib. Onun sözlərinə görə, buna baxmayaraq, Rusiya digər enerji mənbələri kimi çıxış yolu tapacaq və qlobal LNG bazarında payını artıracaq.
O bildirib ki, ABŞ sanksiyaları ədalətsiz rəqabət üsuludur və sonda bu hal ABŞ-ın özünə zərərli olacaq.
Putinin sözlərinə görə, ABŞ LNG bazarında rəqabətdən qorxur və buna görə də “haqsız rəqabət üçün siyasi mübarizə vasitələrindən” istifadə edir.
Putin sanksiyaların “mane olduğunu” və “problem yaratdığını” etiraf edib, lakin bunun “onları tamamilə öldürə bilməyəcəklərinə” əmin olduğunu bildirib: “Onlar bizə müəyyən zərər, ziyan,vuracaqlar. Amma təbii ki, enerji təchizatı ilə bağlı digər situasiyalar kimi biz bundan da çıxacağıq, üstəlik, dünya iqtisadiyyatının inkişafı baxımından enerji resurslarına tələbat hələ də artır. Bu, bizim məlumatımız deyil, dünya bazarlarında tələbat olacaq, biz bunu davam etdirəcəyik və dünya LNG bazarlarında payımızı artıracağıq” .
Musavat.com
19 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ