İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin ABŞ-ın Şimali Koreyaya qarşı tələblərini qəbuledilməz adlandırıb

Pxenyan dəfələrlə fikir ayrılıqlarını həll etməyi təklif etsə də, ABŞ bilərəkdən KXDR-ə qəbuledilməz tələblər irəli sürür.

Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin KXDR-ə səfəri ərəfəsində Şimali Koreyanın əsas qəzeti “Nodong Sinmun” üçün yazdığı məqalədə yazıb.

“Sevindirici haldır ki, koreyalı dostlarımız ABŞ-ın uzun illər iqtisadi təzyiqlərinə, təxribatlarına, şantajlarına və hərbi təhdidlərinə baxmayaraq, öz maraqlarını eyni dərəcədə effektiv şəkildə müdafiə edirlər”.

Qeyd edək ki, dünyanın ən kasıb ölkələrindən biri olan Şimali Koreya dövlət büdcəsinin mühüm bir hissəsini hərbi xərclərə ayırır, tez-tez nüvə başlıqlı ballistik raketlərin sınağını keçirir. Pxenyanın Cənubi Koreyanı vaxtaşırı təhdid etməsi isə ABŞ-nin etirazlarına səbəb olur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Noyabr 2024

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR