Onlayn ictimai-siyasi qəzet
9 May – Alman faşizmi üzərində qələbənin 80 illiyinə təsadüf edən gündə dünya siyasətində simvolik iki mərkəzdə fərqli toplantılar keçiriləcək. Rusiya prezidenti Vladimir Putin Moskvada, Qırmızı Meydanda hərbi parad və yubiley tədbirləri keçirməyə hazırlaşdığı bir vaxtda, Avropa ölkələrinin xarici işlər nazirləri Ukraynanın paytaxtı Kiyevdə toplanacaqlar.
Musavat.com biıdirir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro Fransanın LCI televiziya kanalına açıqlamasında məlumat verib. O bildirib ki, Avropa ölkələrinin XİN rəhbərləri 9 may tarixində Kiyevdə bir araya gələcəklər. Nazir özü də həmin görüşdə iştirak edəcəyini açıqlayıb:
“Mən mütləq orada olacağam. Üstəlik, 9 mayda başqa bir əlamətdar hadisəni – Avropa Gününü də qeyd edəcəyik”, – deyə Barro bildirib.
Nazirin sözlərinə görə, bu tarix Avropa İttifaqı üçün də xüsusi əhəmiyyət daşıyır. 1950-ci ilin 9 mayında Fransanın o zamankı xarici işlər naziri Robert Şumanın verdiyi bəyannamə Avropa inteqrasiyasının əsasını qoymuşdu.
Qeyd edək ki, həmin gün Rusiya prezidenti Vladimir Putin də Moskvada ənənəvi hərbi paradla yanaşı, Böyük Vətən müharibəsində qələbənin 80 illiyinə həsr olunmuş genişmiqyaslı tədbirlər keçirəcək.
Həmin tədbirə dünyanın bir çox ölkəsindən dövlət və hökumıt başçıları dəvətlidirlər.
Musavat.com
19 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ