İnsanlara hürriyət, millətlərə istiqlal!

"Pussy Riot"un Qətərdə saxlanmasına XİN-dən münasibət bildirilib

Rusiyanın Qətərdəki səfirliyi "Pussy Riot" fəallarının saxlanmasına görə diplomatik korpusa müraciət olunmadığını bildirib.

Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, diplomatik missiyanın məsul şəxsi bu barədə belə deyib: “Pussy Riot-dan heç kim bizimlə əlaqə saxlamayıb. Qətər hakimiyyətindən rəsmi təsdiq almamışıq”.

Bundan əvvəl məlum olub ki, Qətərin təhlükəsizlik xidməti 2022-ci il dünya çempionatının Argentina və Fransa yığmaları arasında keçiriləcək final oyununda mitinq təşkil etməyi planlaşdıran “Pussy Riot” pank qrupunun üzvlərini saxlayıb.

Onlar oyun zamanı mydançaya qaçmaq, bununla da rusiyalı siyasətmi Aleksey Navalnının həbsinə,  Ukraynadakı müharibəyə, eləcə də sentyabr ayından bəri kütləvi xalq etirazlarının davam etdiyi İranda qadın hüquqları problemlərinə diqqət cəlb etmək fikrindəymişlər.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR