İnsanlara hürriyət, millətlərə istiqlal!

“Pulumu halal etmirəm, ayıb olsun” - Xatunu aldatdılar!

Müğənni Xatun Əliyevanın başına iş gəlib.

Musavat.com olay.az-a istinadən xəbər verir ki, bu haqda sənətçi qonaq olduğu "Həmin Zaur" verilişində danışıb.

Xatun bildirib ki, bəstəkar həmkarının mahnısını oğurlayaraq yeni bəstə adı ilə ona satıb:

"Bu mahnı yenidir. Amma bəstəkarın adını çəkməyəcəyəm. Halal eləmirəm. Bu mahnını oxumaq istəmirdim. Nəsə səhv getdi... Bu mahnını yazan bəstəkar məndən pul alıb və başqa bəstəkarın bəstələdiyi bəstəni oğurlayıb. Notları da eynidir. Deyir ki, bu mahnının musiqisini mən bəstələmişəm. Plagiyat ola bilər amma notların bu qədər eyni olması düzgün deyil. Ayıb olsun sənə! Bu gün əhvalım yaxşıdır ona görə də o şəxsin adını çəkməyəcəyəm".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Mart 2025

BÜTÜN XƏBƏRLƏR