İnsanlara hürriyət, millətlərə istiqlal!

Puerto-Rikonun qubernatoru ölkəsinin ABŞ-ın tərkibinə daxil olmaq arzusunu bildirib

Puerto-Riko ABŞ ştatı olmaq üçün səylərini əsirgəməyəcək.

AZƏRTAC Amerika KİV-nə istinadla xəbər verir ki, Puerto-Rikonun qubernatoru Pedro Pyerluisi bunu İspaniyanın “La Razón” nəşrinə müsahibəsində bildirib. O deyib: “Mən Puerto-Rikonun ABŞ-ın ştatına çevriləcəyinə, Prezidentə səs verə biləcəyimizə və Konqresdə nümayəndəmizin olacağına şübhə etmirəm”. Qubernatorun sözlərinə görə, Puerto-Riko xalqı açıq-aşkar buna can atdığını nümayiş etdirir və bu məqsədə nail olmaq uğrunda mübarizə davam edir.

Pedro Pyerluisi vurğulayıb ki, Puerto-Rikonun ərazisində dövlət dillərindən biri olan ispan dili, eləcə də xalqın mədəniyyəti, adət-ənənələri və ispandilli irsi bu addım nəticəsində heç bir riskə məruz qalmayacaq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR