İnsanlara hürriyət, millətlərə istiqlal!

PSJ-nin sahibləri "Tottenhem"i almaq üçün danışıqlar aparır

PSJ-nin sahibi "Qatar Sports Investments" (QSİ) başqa klublara da sərmayə yatırmaq niyyətindədir.

Qol.az Fransa mətbuatına istinadən xəbər verir ki, şirkət nümayəndələri İngiltərə Premyer Liqası klubları, o cümlədən “Tottenhem”lə fəal əlaqə saxlayır. PSJ-nin prezidenti, QSİ-nin baş direktoru Nasser Əl-Xəlaifi bu həftə London təmsilçisinin sədri Daniel Levi ilə görüşüb. Bildirilir ki, görüş tanışlıq xarakteri daşıyıb. Tərəflər arasında danışıqlar ilkin mərhələdədir.

QSİ bütün variantları və klubları qiymətləndirir. Lakin qeyd olunur ki, şirkət səhmləri bazarda olan “Liverpul”la hələ danışıqlar aparmayıb.

Xatırladaq ki, “Qatar Sports Investments” PSJ-dən başqa, artıq Portuqaliya “Braqa”sında da 23 faiz paya sahibdir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR