İnsanlara hürriyət, millətlərə istiqlal!

"PSJ-nin futbolçuları Messini anlamır" -Neymar

PSJ-nin futbolçusu Neymar komanda yoldaşı Lionel Messi ilə bağlı danışıb.

Fanat.Az xəbər verir ki, braziliyalı forvard "Canal Football Club"a müsahibəsində Messinin Paris klubuna uyğunlaşmaqda çətinlik çəkdiyini bildirib.

"Leo uzun illərini "Barselona"da keçirib. Adaptasiya olmaq ona çətindir. Komandanı və şəhəri dəyişmək çətindir. Üstəlik, o, tək yox, ailəsi ilə gəlib. Dil də fərqlidir. Diqqəti yayındıran məqamlar çoxdur.

Bundan əlavə, komandanın oyun üslubu fərqlidir. PSJ oyunçuları Messinin necə oynadığını anlamırlar. Bütün bunlar onun ziyanınadır.

Leo, Kilian və mən qabiliyyəti, statistikası və qazandığı kuboklara görə qiymətləndirilən oyunçularıq. Hər şey qiymətləndirir".

Qeyd edək ki, 34 yaşlı argentinalı ulduz Fransa I Liqasında 26 matçda 6 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR