İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni deputat Rusiya sərhədçiləri ilə bağlı elə açıqlamalar etdi ki...

"Ermənistanda tezliklə Rusiya sərhədçilərinin İran-Ermənistan və Türkiyə-Ermənistan sərhədlərindən sıxışdırılıb çıxarılması məsələsi gündəmə gətiriləcək".

Musavat.com xəbər verir ki, bunu Ermənistan parlamentinin müxalif deputatı Anna Qriqoryan deyib.

Onun sözlərinə görə, Ermənistan tərəfinin Sünikdən dəhliz təmin etməyəcəyi ilə bağlı bütün söhbətlər əslində Rusiyanın sıxışdırılıb çıxarılması ilə bağlıdır:

"Sünikdən keçən yol geosiyasi toqquşmaların mövzusuna çevrilmiş məsələdir. Bütün geosiyasi mərkəzlər dəhlizi əldə etməyə çalışırlar. Paşinyanın bu layihəyə özəl mühafizə şirkətini cəlb etmək niyyəti ilə bağlı açıqlamaları da yalnız Rusiya tərəfini sıxışdırmağa hesablanıb".

Qriqoryanın iddiasına görə, məsələ Rusiya tərəfinin bu layihədən çıxarılması ilə məhdudlaşmayacaq:

"Növbəti addım Rusiya sərhədçilərinin əvvəlcə İran-Ermənistan sərhədindən, Azərbaycanla sülh müqaviləsi imzalandıqdan sonra isə Türkiyə-Ermənistan sərhədindən çıxarılmasını ehtiva edir".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR