Onlayn ictimai-siyasi qəzet
Müğənni və rejissor Metin Arolat səhnədə xəstələnərək dünyasını dəyişib. 52 yaşlı Arolatın ölümü ilə bağlı yaxın dostu Demet Sağıroğlunun “Yenə pəhriz saxladı, yəqin ürəyi dözə bilmədi” sözləri çaşqınlıq yaradıb. Arolatın daha əvvəl qatıldığı bir proqramda izlədiyi pəhrizlə bağlı verdiyi məlumat və paylaşımlar diqqət çəkib.
Mütəxəssislər bəzi pəhrizlərin insan həyatına bais ola bilmə riski haqda xəbərdarlıq ediblər.
Türkiyəli həkim, dietoloq Ayxan Dağ bədən çəkisi idarəsində 'şok pəhriz' və ya 'möcüzə pəhriz' tətbiqlərinin yeri olmadığını vurğulayıb:
“Elmi araşdırmalar sürətlə itirilən bədən çəkisinin daha qısa müddətdə və daha çox çəki ilə geri alındığını göstərir. Unudulmamalıdır ki, səhv pəhriz tətbiqləri ani infarktdan, qan təzyiqinin düşməsindən və insulin müqavimətindən tutmuş yorğunluq və depressiya riskinə qədər bir çox sağlamlıq problemlərinə səbəb ola bilər. Əsas qayda səbirli olmaq, tələsməmək və tədricən daimi nəticələr əldə etməkdir”.
Həkim pəhrizdə doğru bilinən yalnışlar haqda da məlumat verib:
“Pəhrizlə bağlı yanlış təsəvvürlər çörəyi qida rasionumuzdan xaric etmək, ac qalmaq, tək qida ehtiva edən pəhrizlərdən istifadə etmək, məşhur pəhrizlərə keçmək, laktativ/diuretiklərdən (bağırsaq stimulyatorları/ödem artırıcı) istifadə etmək kimi sıralanır”.
Ekspertlər həmçinin bildirir ki, pəhrizə başlayanlar ilk növbədə yağlı qidalardan imtina edir. Ancaq bu addım saç, dəri və dırnaqlarda müxtəlif dəyişikliklərə gətirib çıxarır ki, bu da bir çox problemlərin meydana gəlməsinə səbəb olur. Ürək xəstəlikləri kimi ümumi problemlərlə yanaşı, ağır pəhrizlərin qadınların da metabolizminə ciddi ziyan vurduğu bildirilir. Hormon mübadiləsinin ən mühüm mərkəzlərindən biri olan yağ toxumasında pozulmalar nəticəsində qadınlar hamilə qalmaqda çətinlik çəkirlər./Yenisabah.az
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ